Karma

Bu nə binadır belə, küçəsiz, ünvansız
Bu nə həyatdır belə, çarəsiz, vəfasız
Bu nə zülm, bu nə dərd
Zülmətdədir yuxumla röyam
Dava gedir yerlə, göylə
Aldanmışam niyə, söylə
Karma, günahlarıma yalvarma
Məni bədliyə salma
İblis kölgəsində qalma, karma
Karma, günahlarıma yalvarma
Yollarıma bağlanma
Bu canımla varlanma, karma

Bu nə nidadır belə, cümləsiz və sözsüz
Bu nə qidadır belə, faydasız və duzsuz
Baş əyib kainata günahlarımı salmışam suya-ya
Qəlbimin piyaləsi boşdur
Mənə zəhər də, ölüm də xoşdur
Karma, günahlarıma yalvarma
Məni bədliyə salma
İblis kölgəsində qalma, karma
Karma, günahlarıma yalvarma
Yollarıma bağlanma
Bu canımla varlanma, karma
Olacağa çarə yoxmuş, nə çarə
(Olacağa çarə yoxmuş, nə çarə)
Olacağa çarə yoxmuş, nə çarə
(Olacağa çarə yoxmuş, nə çarə)
Gələcəyə çarə yoxmuş, nə çarə
Gələcəyə çarə yoxmuş, nə çarə
Karma
Karma
Karma
Nirvana

Karma
İblis kölgəsində qalma
Karma



Credits
Writer(s): Miryusif Mirbabayev
Lyrics powered by www.musixmatch.com

Link