Yadıma Düşəndə

Yadıma düşəndə xatirələrin
Gözümün önündə durur bir liman
İlk görüş, həyəcan, ürək sözlərim
Bunları unutmaq deyildir asan

Birdən xəyalıma qondu kəpənək
Can atıb tutmaq üçün sanki büdrədim
Nədənsə mənimlə oynadı fələk
Yenə də mən onu tuta bilmədim

Yadıma düşəndə o yaşıl ada
Üzümə elə bil vurur ləpələr
Yüz gülüş olsa da üzdə, yanaqda
Səni unutmadım bu uzun illər

Birdən xəyalıma qondu kəpənək
Can atıb tutmaq üçün sanki büdrədim
Nədənsə mənimlə oynadı fələk
Yenə də mən onu tuta bilmədim

Birdən xəyalıma qondu kəpənək
Can atıb tutmaq üçün sanki büdrədim
Nədənsə mənimlə oynadı fələk
Yenə də mən onu tuta bilmədim



Credits
Writer(s): Eldar Mansurov, Kəmalə Qasımova
Lyrics powered by www.musixmatch.com

Link