Aldatma Məni

Məni qova-qova namərd edirsən

Taleyim gəlmişdi mələk donunda
İblis libasını gözüm görmədi
Bir çiçək kimi idi qışın sonunda
Bahar görməy macal vermədi
Qismətim, qarşında gücsüzəm deyə
Hara sürüyürsən, hara gedirsən
Tanrının gözündən yayınıb niyə
Öz hökmüm, öz əlim kəsib doğradı
Taledən heç nəyi soruşmaq olmur
Mən öz həyatımla barışa bilmədim
Çünki xəyanətlə barışmaq olmur
Tanrıdan gizlənib ömür bağımda
Çırpırsan üzümə dumanı, çəni
Mən səni bir zaman bağışlasam da
Allah bağışlamaz, aldatma məni



Credits
Writer(s): Eldar Mansurov, Vahid əziz
Lyrics powered by www.musixmatch.com

Link