Sən Və Mən (feat. Brilliant Dadaşova)

Yanar qəlbimiz atəşi-eşqdən
Nə qədər gözümüzdən yaş axacaq?
Ümidim hələ var, yaşayacaq
Onu gəl birlikdə qoruyaq
Nədir kölgə salan üzümüzdə?
Soruşanlara yox sözümüz də
Hələ tapmamışıq özümüz də
Bu hissin adın nə qoyaq?
Sən varsan deyə mən varam
Olmasan, çox darıxaram
Gülüm, mən səni tək buraxaram?
Yox, yox, yox
Dəyərlisən hər anımdan
Heç yerdə getmə yanımdan
Sevgilim, səni sevirəm öz canımdan
Çox, çox, çox

Ürəyim sənə qarşı çıxmaz
Qürurum axı sevgimi yıxmaz
Gözlərim səndən özgəyə baxmaz
Sevinər görəndə səni
Bu sevgi bizə gəldi qonaqtək
Qəlbim alışır bir ocaqtək
Həyəcanlanıram körpə uşaqtək
Görəndə mən də səni
Sən varsan deyə mən varam
Olmasan, çox darıxaram
Mən səni tək buraxmaram
Yox, yox, yox
Dəyərlisən hər anımdan
Heç yerdə getmə yanımdan
Səni sevirəm öz canımdan
Çox, çox, çox

Sən varsan deyə mən varam
Olmasan, çox darıxaram
Mən səni tək buraxmaram
Yox, yox, yox
Dəyərlisən hər anımdan
Heç yerdə getmə yanımdan
Səni sevirəm öz canımdan
Çox, çox, çox
Sən varsan deyə mən varam



Credits
Writer(s): Orxan Mürvetli, Vüqar Mirzəyev
Lyrics powered by www.musixmatch.com

Link