Balaca Qadın

Balaca qadın, gəl otur dinlə məni
Sənlə bir az sözüm var
Balaca qadın, bu mənəm, bu əl içimdi sənə açıram
Bir az da aralı otur, başını çevir
Baxammıram gözlərinə, utanıram
Balaca qadın, bu gün birinci gündür
Vicdanım oyaqdır mənim
Balaca qadın, bu mənəm, üzümdə tük
Döşüm irəli, adım kişidir
Amma üzdə gördüyün mən deyiləm
Batinimdə biri var, mundar həqiqətdir adı
Balaca qadın, hansı xoş gününün ümidinə sən yaşayırsan?
Səni elə yaratdılar mənim əmrimə fırlanasan
Mənə sən alansan haqqa adın ağılsızdır
Mənə tanrım söz verib cənnətdə
Həmişə bakirə hurilər vardır
Ya sənə cənnət adlı məkan yoxdur
Ya ki sənin sevdiyin insan mənəmsə
Sənin elə göz qabağında öpəcəm huriləri
Ya əgər buğlu hurilər də vardır
Mən o qədər alçağam ki, zülmətə can ataram
Görməyəm bu xoşluğunu
Demirəm burda günahkar biri var
Sən elə bağdan almanı dərdinsə
Cəzasını da çəkməlisən
Bu sənə bir kişinin iç üzüdür
Mənə lüt bədəndən de
Yorğanın altından isti qucaq, dadlı dodaq
Sevgini Məcnun qarışıq torpağa basdırım
Mən özümü tanımadım heç
Sən məni hardan tanıdın?
Mən zina bəndəsiyəm, həşəriyyətin qardaşıyam
Mən sənə Fərhad olub dağ yararam elə bilirsən?
Lazım görsəm əgər qəlbini fəth edərəm
Leylilərə də göz dikərəm
Mən iblisin fəxri, kişiliyin öz mənasıyam

Balaca qadın, məndə qurd qanı var
Balaca qadın, məndə qurd qanı var

Balaca qadın, yaxşı ki yalan doğru
Günah çıxdı, savab çıxdı
Yoxsa elə indi də səni diri-diri mən basdırım
Bilirəm, ürək dolusu sözlərin var
Vay, əgər səndə dil olsaydı mənlə danışmağa
Bütün bu ömür boyu ağlamaqla yaşayardım
Balaca qadın, demirəm burda bitəndir yaralar
Səndən qabaqlaşandan məni bürüyür qaralar
Dilim əmrimdən qaçır, artır ürəkdən aralar
Balaca qadın, qəlbimlə vicdanım yarışıbdır
Bilmirəm kimdir məndə həqiqətlə barışıbdır
Amma mən demərəm, toba
Qanımda canavar qanı qarışıbdır
Mən burdan çıxdım, yenə qayıdacam iblisimə
Sənə mən rəhm edəcəm fikir edirsən?
Yerinə düşsə sənin yaralı yerindən vuracam
Nə qədər inansan mənə, kötüyün havadan səni qıracam
Hələ sən gileylənirsən, haqqına çığırırsan?
Haqqı da mən yazıramsa, harasından idalət axtarırsan
Çığallıyan mənəmsə tellərini, aç göyə əllərini
Tanrı da səbrin daha şorun çıxarıb, bilirəm
Nə qədər qaytarmağı bacarmasan, mən ərinəm
Qarşında yumruğu bərkidənəm
Beşiyini yelləyənəm, yat, sənə elə budur yaraşan
Məndə yoxdur ki ürək sənlə sevmədən danışam
Qarışam yalanlarıma, od tutam mən, haqqımdır
Bu mənim tam kişilik mənamdır, bu mənim zatımdır
Qışqırasan, nalələrinə gülən mənəm
Bu mənəm, var da mənəm, yox da mənəm
Peysərinə baxdıqca dağ yeri boş görənəm mən



Credits
Writer(s): Ali Kiral, Payam Amani
Lyrics powered by www.musixmatch.com

Link