Ilk Bahar

Yenə gəldi ilk bahar, yaz gülə-gülə
Bu qədər gəl etmə, yar, naz gülə-gülə
Səni sevdim qəlbimdə, ey gözəl pəri
Mənə söylə bir şirin söz gülə-gülə
Mən aşiq, bəndəm gülə
Bülbüləm, bəndəm gülə
Xəstəyəm, qalıb əlacım
Bir şirin dilə
Xəstəyəm, qalıb əlacım
Bir şirin dilə

Açılıb hər yan çiçək bax, gözəl-gözəl
Telinə əlvan çiçək tax gözəl-gözəl
Yanıram hicrinlə mən, dön sərin suya
Ürəyimə sel kimi ax gözəl-gözəl
Mən aşiq, gələr yarım
Dərdimi bilər yarım
İnanıram, dərmanımı
Eyləyər yarım
İnanıram, dərmanımı
Eyləyər yarım
Sevən aşiq, ay gülüm, görməz dünyanı

Qara qaşın ağ üzün oldum qurbanın
Niyə məndən gizlədirsən eşqini sən?
Mən aşiq, bəndəm gülə
Bülbüləm, bəndəm gülə
Xəstəyəm, qalıb əlacım
Bir şirin dilə
Xəstəyəm, qalıb əlacım
Bir şirin dilə
Bir şirin dilə
Bir şirin dilə
Bir şirin dilə



Credits
Writer(s): Tofiq Quliyev, Zeynal Cabbarzade
Lyrics powered by www.musixmatch.com

Link