Getmə, Yar

Sənin arxanca gələn kölgə mənəm, sevgilim
Allaha, tanrıya bax, sən də məni sev
Sənin arxanca gələn kölgə mənəm, sevgilim
Allaha, tanrıya bax, sən də məni sev
Bir nəfər yox sənə bənzər, sənə oxşar, gülüm
Sənə var ehtiyacım, ehtiyacım var
Bir nəfər yox sənə bənzər, sənə oxşar, gülüm
Sənə var ehtiyacım, sənə var ehtiyacım, ehtiyacım var

Getmə, yar, hələ getmə
Məni atıb belə getmə
Getmə, yar, hələ getmə
Məni atıb belə getmə
Dayan, sənə sözüm var
Dayan, səbir elə, getmə
Dayan, sənə sözüm var
Dayan, səbir elə, getmə

Nə deyim ki, biləsən, vurulmuşam, yar, sənə
Ürəyimdə o qədər arzu, dilək var
Nə deyim ki, biləsən, vurulmuşam, yar, sənə
Ürəyimdə o qədər arzu, dilək var
Sən səadət günəşim, nurlu ayımsan, gülüm
Sən mənim alın yazım, sevgi payımsan
Sən səadət günəşim, nurlu ayımsan, gülüm
Sən mənim alın yazım, sən mənim alın yazım, sevgi payımsan
Getmə, yar, hələ getmə
Məni atıb belə getmə
Getmə, yar, hələ getmə
Məni atıb belə getmə
Dayan, sənə sözüm var
Dayan, səbir elə, getmə
Dayan, sənə sözüm var
Dayan, səbir elə, getmə

Getmə, yar, hələ getmə
Məni atıb belə getmə
Getmə, yar, hələ getmə
Məni atıb belə getmə
Dayan, sənə sözüm var
Dayan, səbir elə, getmə
Dayan, sənə sözüm var
Dayan, səbir elə, getmə



Credits
Writer(s): Mehman əhmədli, Nazim Məmmədov
Lyrics powered by www.musixmatch.com

Link