Axtarıram

Mən özümü axtarıram
Tapa bilsəm, soruşacam
Niyə belə qarışıqdır bu işlər?
Yorub məni
Bu çıxışlar, bu enişlər
Yorub məni

Oyandırır
Əlimi yandıran papiros
Yuxusu yarım qalanlar
Deyirlər
Başa düşmür gecə məni
Küsmüş uşaq kimi deyinirəm
Davam edən "sad melody"
Yorub məni
Axtarıram, itirmişəm
Özümü axtarıram

Dəyişdirib
Yerlərini əşyaların evimdə
İndi günəş
Başqa kölgələr yaradır gözlərimdə
Dolan yaşların içində boğuluram
Yorulmuşam
Axtarıram, itirmişəm
Özümü axtarıram
Özümü axtarıram
Özümü axtarıram



Credits
Writer(s): Azər Məmmədov
Lyrics powered by www.musixmatch.com

Link