Vətən

Bu torpağın hər daşı əzizdir
Qəlbimdədir məhəbbəti
Borcumuzdur, onu biz qoruyaq
Bizlərdədir səadəti
Yaxın, uzaq ellərdə
Uca tutaq adını
Tezliklə birgə dadaq
Qələbənin dadını

Məhəbbətin qəlbimdə bəslərəm
İgidlərin "qəhrəman" səslərəm
Hər bir yanın gülüstan, istərəm
Görüm səni, vətən
Ana yurdumsan sən
Məhəbbətin qəlbimdə bəslərəm
İgidlərin "qəhrəman" səslərəm
Hər bir yanın gülüstan, istərəm
Görüm səni, vətən
Ey... Görüm səni, vətən

Azərbaycan səs salıb dünyaya
Tükənməyən sərvəti var
İlhamı var qəlbində hər kəsin
Sözü, gücü, hörməti var
Yaxın, uzaq ellərdə
Uca tutaq adını
Tezliklə birgə dadaq
Qələbənin dadını

Məhəbbətin qəlbimdə bəslərəm
İgidlərin "qəhrəman" səslərəm
Hər bir yanın gülüstan, istərəm
Görüm səni, vətən
Azərbaycan, vətən
Məhəbbətin qəlbimdə bəslərəm
Əsgərlərin "qəhrəman" səslərəm
Hər bir yanın gülüstan, istərəm
Görüm səni, vətən
Ey... Görüm səni, vətən

Məhəbbətin qəlbimdə bəslərəm
İgidlərin "qəhrəman" səslərəm
Hər bir yanın gülüstan, istərəm
Görüm səni, vətən
Ana yurdumsan sən
Məhəbbətin qəlbimdə bəslərəm
Əsgərlərin "qəhrəman" səslərəm
Hər bir yanın gülüstan, istərəm
Görüm səni, vətən
Ey... Görüm səni, vətən
Vətən



Credits
Writer(s): Vüqar Camalzadə
Lyrics powered by www.musixmatch.com

Link