Qubalı Qız

Şahdağından əsən külək saçlarını darasın
Səni sevən Qudyalçayın sahilində arasın
Dilin ana torpağının meyvəsindən şirindir
Məhəbbətin ürəyimdə dəryalardan dərindir
Həyatımın çiçəyisən, Qubalı qız, Qubalı
Göyçəklərin göyçəyisən, Qubalı qız, Qubalı
Həyatımın çiçəyisən, Qubalı qız, Qubalı
Vətənimin bəzəyisən, Qubalı qız, Qubalı

Nəfəsindən duyuram mən çiçəklərin ətrini
Bu dünyada mənim kimi bilən hanı qədrini
Şöhrətini ulduzlara, aya, günə yazmışam
Surətini ürəyimin divarından asmışam
Həyatımın çiçəyisən, Qubalı qız, Qubalı
Göyçəklərin göyçəyisən, Qubalı qız, Qubalı
Həyatımın çiçəyisən, Qubalı qız, Qubalı
Vətənimin bəzəyisən, Qubalı qız, Qubalı



Credits
Writer(s): Ali Faiq Mirze
Lyrics powered by www.musixmatch.com

Link