Zəfər Nəğməsi

Millətin ruhunu ucaldan onun inamı
Dalğalan, bayrağım, zirvələrdə
Qələbə əzmini yaşadan xalqın İlhamı
Qalan, ocağım, yazıl, kitabım tarixlərdə
İllərin yükünü çəkən çiyinlərdir, gəldi
Savaşlar bitdi, düşmən çəkildi
Baxışlar qürurla irəliyə baxa bildi
Var ol, vətənim, çox sağ ol, şanlı ordum
Dönmə amalından, doğru yollarından
Sönmə işığından, azadlığım
Ucal xalq səsinlə, yeni nəfəsinlə
Qurmaq həvəsinlə, Azərbaycanım
Dünyanın ən uca nöqtəsisən bu gün, vətən
Qayıdan hər qarışın bayram edir
Qoy öpüm şəhid ətirli torpaqlarını mən
Var ol, vətənim, çox sağ ol, şanlı ordum
İllərin yükünü çəkən çiyinlərdir, gəldi
Savaşlar bitdi, düşmən çəkildi
Baxışlar qürurla irəliyə baxa bildi
Var ol, vətənim, çox sağ ol, şanlı ordum
Dönmə amalından, doğru yollarından
Sönmə işığından, azadlığım
Ucal xalq səsinlə, yeni nəfəsinlə
Qurmaq həvəsinlə, Azərbaycanım
Dönmə amalından, doğru yollarından
Sönmə işığından, azadlığım
Ucal xalq səsinlə, yeni nəfəsinlə
Qurmaq həvəsinlə, Azərbaycanım
Azərbaycanım
Azərbaycanım



Credits
Writer(s): Aygün Səmədzadə
Lyrics powered by www.musixmatch.com

Link