Oluram Təslim

İşıqları söndürüb bu gecə
Otururam özümlə baş-başa
Yum gözünü bir anlıq
Qaç mənə tərəf, yuxularda rastlaşaq
Bu gün əsəbiyəm özümə
Bəs eləmir axı bir azca da üzrlər
Mən, mən uzanım dizinə
Tökülsün saçların üzündən üzümə
Qaranlıqda gecə bizdən tək
Bəs eləmir bizə bir can daha
Bəlkə də çarəsi yoxdur bu dərdin
Bəlkə də sağaldar iki fincan çay
Nə bir ola bilmirik axı
Və ayrılıq da daha ağır
Sevgidən uzaq, yola yaxın
Niyəsə üstümüzə bəyaz qar da qara yağır
İnanmıram gəlsən, mən, sən
Daha olmaz ki, bizdən heç nə
Nə də dərd, qəm bu qəlbdən olmaz uzaq ki, səndən keçsəm
Yoxdur çarəm, mən özümdən ümidimi kəsdim
Ayrılıq qapıda, önümdə rəsmin
Əllərim yuxarı, oluram təslim
Sən, mən, sən, daha olmaz ki, bizdən heç nə
Nə də dərd, qəm bu qəlbdən olmaz uzaq ki, səndən keçsəm
Yoxdur çarəm, mən özümdən ümidimi kəsdim
Ayrılıq qapıda, önümdə rəsmin
Əllərim yuxarı, oluram təslim

(Oluram təslim)
(Ümidimi kəsdim)
(Önümdə rəsmin)
(Oluram təslim)
Mənsiz davam etsən yoluna
Mən yoluma, sən yoluna
Taxıb qandalları qoluna
Həbs etdin ruhu, burax
Yəni xəyallarımızı quraq
Mən boş verib hər şeyi
Sən istə, cəhənnəmin ən dibində
Səninlə kül olaq, bu odda birgə yanaq
Qaranlıqda gecə bizdən tək
Bəs eləmir bizə bir can daha
Bəlkə də çarəsi yoxdur bu dərdin
Bəlkə də sağaldar iki fincan çay
Nə bir ola bilmirik axı
Və ayrılıq da daha ağır
Sevgidən uzaq, yola yaxın
Niyəsə üstümüzə bəyaz qar da qara yağır
İnanmıram gəlsən, mən, sən
Daha olmaz ki, bizdən heç nə
Nə dərd, qəm bu qəlbdən olmaz uzaq ki, səndən keçsəm
Yoxdur çarəm, mən özümdən ümidimi kəsdim
Ayrılıq qapıda, önümdə rəsmin
Əllərim yuxarı, oluram təslim
Sən, mən, sən, daha olmaz ki, bizdən heç nə
Nə də dərd, qəm bu qəlbdən olmaz uzaq ki, səndən keçsəm
Yoxdur çarəm, mən özümdən ümidimi kəsdim
Ayrılıq qapıda, önümdə rəsmin
Əllərim yuxarı, oluram təslim

(Oluram təslim)
(Ümidimi kəsdim)
(Önümdə rəsmin)
(Oluram təslim)



Credits
Writer(s): Mehemmed Isgenderov
Lyrics powered by www.musixmatch.com

Link