Darıxmışam (feat. Emil Afrasiyab & Etibar Asadli)

Elə bil hər yerdən üzülüb əlim
Mən azıb qalmışam qəm dərəsində
Dirilib yaşanır sənli günlərim
Sənsiz günlərimin xatirəsində
Haraylar yüksəlir könüldən yenə
Bu necə haraydı, bu necə haydı
Öhdəmdən gələrdim gözüm üzünə
Qulağım səsinə darıxmasaydı
Yuxuma gəlmişdin
Qısıldıq bir küncə
Danışdıq

Yel əsdi dağıldı
Dağıldı dərd-qəm
Səninlə

Kölgəyə dönmüşdüm
Səni görüncə
Gülüm, inan
Səni görüncə, gülüm
Sənin işığında
Sənin işığında
Sənin işığında yox oldu kölgəm
Yaman darıxmışam, bu nədir yenə
Ağlım sağa baxır, ürəyim sola
Ürəyim dönübdür göy göyərçinə
Qonub sən gedəli sən gələn yola
Yaman darıxmışam hər axşamçağı
Arzumu günəşin telinə sardım
Mənimlə olsaydı, mən darıxmağı
Zamana ən uzun ölçü sanardım

Elə bil hər yerdən üzülüb əlim

Mən azıb qalmışam qəm dərəsində

Elə bil hər yerdən üzülüb əlim

Mən azıb qalmışam qəm dərəsində

Elə bil hər yerdən üzülüb əlim

Mən azıb qalmışam qəm dərəsində



Credits
Writer(s): Bahtiyar Vahabzade, Emil Afrasiyab
Lyrics powered by www.musixmatch.com

Link