Əlvida

Bir eşq yaşamışdıq, nə yazıq ki, bitdi...
Sənə inanmışdım, o inam itdi
Biçarə sevgimiz bizi tərk edib, getdi
"Əlvida" demişəm sənli günlərə
Artıq peşman olsan da, gecdir, gec
Xatırlamaq səni istəmirəm heç
İllərlə qəlbimlə oynamısan sən
De, nə dəyişəcək "möhtacam" desən?
İndi dünya üstə bir dünya versən
"Əlvida" demişəm sənli günlərə
Bir daha dönmərəm qəmli illərə
"Əlvida" demişəm sənli günlərə...
Bir daha dönmərəm qəmli illərə
"Əlvida" demişəm sənli günlərə...

Nə yolumu gözlə, nə də ara məni
Artıq bir dünyam var yenidən yeni!
Çoxdan qoparmışam bu qəlbimdən səni
"Əlvida" demişəm sənli günlərə
Artıq peşman olsan da, gecdir, gec
Xatırlamaq səni istəmirəm heç
İllərlə qəlbimlə oynamısan sən
De, nə dəyişəcək "möhtacam" desən?
İndi dünya üstə bir dünya versən
"Əlvida" demişəm sənli günlərə
Bir daha dönmərəm qəmli illərə
"Əlvida" demişəm sənli günlərə...
Bir daha dönmərəm qəmli illərə
"Əlvida" demişəm sənli günlərə...
"Əlvida" demişəm sənli günlərə...
"Əlvida" demişəm sənli günlərə...



Credits
Writer(s): Nailə Mirməmmədli, Xuraman Vəfa
Lyrics powered by www.musixmatch.com

Link