Manopa

Adınla yazacam gecəni mən
Fərqi yox, gündüz ya, gecə gəzən
Pozanacan çox qazacam
Qaçan hisslərin tapmadan macal
Bilirəm adımla başlayan hər səhvim
Yeni addımlara, aparar hara?
(Yad qollara)
Yenə sənə görə səndən küsəcəm
Başında bəlalar, doyunca adalar
Sahillər yaradar dənizlərinə
Sənə də, mənə də cavabsız bir sual
Darıxsaq, geri dönməyək
Darıxsaq, geri dönməyək
Geri dönməyək
Yorma
Sakitcə keç yanımdan, olmaz
İsti həsrət, soyuq qollar
Kaş olardı əlim belində
Her şey dilində
Yorma
Sakitcə keç yanımdan, olmaz
İsti həsrət, soyuq qollar
Kaş olardı əlim belində
Her şey dilində, dilində

Sən bağlarımın ən gözəl gülü
Yanında susacaq yaz bülbülü
Çox qorxuram, qorxuram ki
Duyan hər kəs sevə sənin xoş ətrini
At keçmişi üzərindən
Yaşaya bilərsən yenə gözəl illər
Bilmirlər, səni tanıya bilmirlər
Nələr bildiyini bilmirlər
Səni tanıya bilmirlər
Nələr bildiyini bilmirlər
Axı bilmirlər (Səni bilmirlər)

Bitdisə içkin
Başını qaldır bir, səmaya bax
Çətin bu gecəni xatırlayaq
Seviş mənimlə gündüzlər
Qulaqlarına xoş sözlər
Deyim doyunca
Vannada mahnılardan
Ən gözəlini seç, soyun
Məni gözlə

Yorma
Sakitcə keç yanımdan, olmaz
İsti həsrət, soyuq qollar
Kaş olardı əlim belində
Her şey dilində
Yorma
Sakitcə keç yanımdan, olmaz
İsti həsrət, soyuq qollar
Kaş olardı əlim belində
Her şey dilində, dilində



Credits
Writer(s): Məhər Məmmədov, Yusif Abbasov
Lyrics powered by www.musixmatch.com

Link