Səni Sevirəm

Həqiqəti söyləmək çox çətinmi?
Bu qədər aldadıldım, yetər
Buz kimi qəlbin də, uydurma sevgin də
Yalanların içində itər
Ürəyim sənin üçün bir yetimmi?
Sən zalım ögeylərdən betər
Həsrət gözlərimdə, bir acı içimdə
Yaşamışam bu günə qədər, bu günə qədər
Səni sevirəm, səni sevirəm
Amma mən bu sözləri tək qəlbimdə deyirəm
Qürurum "məni ona dəyişmə" deyir
O, sənin sevgin, mənsə sənin özünəm
Amma mən səni sevirəm, mən səni sevirəm
Amma mən bu sözləri tək qəlbimdə deyirəm
Qürurum heç eşitmək istəməyir
"Sevirsən, mənsiz sev" deyir

Ürəyim olanlara haqq verərmi?
Hər ümidin sonunda kədər
Sən nə söyləsən də, nə cür istəsən də
Yenə son hökmü zaman verər
Ürəyim sənin üçün bir yetimmi?
Sən zalım ögeylərdən betər
Həsrət gözlərimdə, bir acı içimdə
Yaşamışam bu günə qədər, bu günə qədər
Səni sevirəm, səni sevirəm
Amma mən bu sözləri tək qəlbimdə deyirəm
Qürurum "məni ona dəyişmə" deyir
O, sənin sevgin, mənsə sənin özünəm
Amma mən səni sevirəm, mən səni sevirəm
Amma mən bu sözləri tək qəlbimdə deyirəm
Qürurum heç eşitmək istəməyir
"Sevirsən, mənsiz sev" deyir

Səni sevirəm, səni sevirəm
Amma mən bu sözləri tək qəlbimdə deyirəm
Qürurum "məni ona dəyişmə" deyir
O sənin sevgin, mənsə sənin özünəm
Amma mən
Səni sеvirəm
Qəlbimdə deyirəm
Qürurum heç eşitmək istəməyir
"Sеvirsən, mənsiz sev" deyir



Credits
Writer(s): Govher Hesenzade, Gövhər Həsənzadə
Lyrics powered by www.musixmatch.com

Link