Zibeydə

Alagöz Zibeydə, sən qəşəngsən, qəşəng
Həsrətin qəlbimi yandırır, ey mələk
Alagöz Zibeydə, sən qəşəngsən qəşəng
Həsrətin qəlbimi yandırır, ey mələk
Sənin mən hicrinə dözmərəm
Səndən mən əlimi üzmərəm
Alagöz, şirinsöz Zibeydə, gəl mənə, yalvarıram
Dərdindən heyvatək saraldım, gəl mənə, yalvarıram
Alagöz, şirinsöz Zibeydə, gəl mənə, yalvarıram
Həsrətdən heyvatək saraldım, gəl mənə, yalvarıram

Yaz gəlib, hər yanda açmışdır gül çəmən
Bənövşətək boynum əyilmişdir qəmdən

Credits
Writer(s): Tofiq Quliyev, Zeynal Cabbarzade
Lyrics powered by www.musixmatch.com

Link