Bakı

Xəzərimin sinəsi
Gah zil, gah da bəm olur
Yarpaqların gülləri
Niyə hərdən nəm olur?
Səndən ayrı düşəndə
Sinəm dolu qəm olur
Səndən ayrı düşəndə
Sinəm dolu qəm olur
Qucağında Xəzərin
Yatıb dincələn Bakı
Qarlı, çiskin yağışı
Əyri köndələn Bakı
Qucağında Xəzərin
Yatıb dincələn Bakı
Qarlı, çiskin yağışı
Əyri köndələn Bakı

Hələ neçə küçədə
Güllər dəstələnməyib
Hələ neçə nəğmənin
Xalı bəstələnməyib
Yüz il ömür sürəydim
Bir gün xəstələnməyib
Yüz il ömür sürəydim
Bir gün xəstələnməyib
Yazaydım, yaradaydım
Şah nəğməni mən, Bakı
Oxuyaydım hər yanda
Onu ürəkdən, Bakı
Yazaydım, yaradaydım
Şah nəğməni mən, Bakı
Oxuyaydım hər yanda
Onu ürəkdən, Bakı
Oxuyaydım hər yanda
Onu ürəkdən, Bakı
Onu ürəkdən, Bakı



Credits
Writer(s): Rəsul Rza, Vasif Adigozelov
Lyrics powered by www.musixmatch.com

Link