Oğlum

Oğlum, həyatda hər zaman üzün gülər
Səndən uzaq olsun üzüntülər
Sənə baxanda fərəhimdən mənim gözüm gülər
Səadətin ətri həzin-həzin gələr
Hər anaya görə oğlu dağdı
Hər ataya bir oğul dayaq
Sən də sevə-sevə quracaqsan
Yeni bir ocaq
Olsun ailən oğul-uşaqlı
Görüb sevinə yaxın-uzaq
Hələ qarşıda nə xoş anlar var
Yaşanacaq...
Xoşbəxt ol, oğlum
Sənlə bağlıdır arzular
Həyatda ən gözəl günləri
Sən yaşayacaqsan
Səndədir ağlım
Ürəyim narahat qalar
Unutma, böyüsən də
Gözümdə uşaqsan

Oğlum, xəyalım sənlə uçar hər yerə
Sənsən bəzək verən bu ömürə
Yaşananların hər anı duyğulu bir xatirə
İnan mənə, yaşayıram sənə görə
Hər anaya görə oğlu dağdı
Hər ataya bir oğul dayaq
Sən də sevə-sevə quracaqsan
Yeni bir ocaq
Olsun ailən oğul-uşaqlı
Görüb sevinə yaxın-uzaq
Hələ qarşıda xoş anlar var
Yaşanacaq...
Xoşbəxt ol, oğlum
Sənlə bağlıdır arzular
Həyatda ən gözəl günləri
Sən yaşayacaqsan
Səndədir ağlım
Ürəyim narahat qalar
Unutma, böyüsən də
Gözümdə uşaqsan



Credits
Writer(s): Miryusif Mirbabayev, Fariz Zeynalov
Lyrics powered by www.musixmatch.com

Link