Tərki Dünya

O hamıdan qaçır, sirrini açır göylərə
Həm çox çəkib acı, yaralar açıq göynədər
Xoş bir gün görmədən, uçmağa min nədən
Yerdə yer saxlamaz onu, göydə göydələn
Onu eşidən duyar, var son sözü ümid son ölər
Onu eşidən duyar, var son sözü ümid son ölər
Onun saçları son bahardır
Ömrü iztirab, dörd divardır
O, tərki-dünyadır, anlamam halından
O, günəş kimi yandırardı
Yazda yağışdır, yayda qardır
Kim bilir nələr keçib gedir ağlından
Onun sözləri ittihamdır
Onun gözləri intihardır
Bəlkə onda ağrılar çıxar canından

Ona yaddır doğmalar, yaxınlar baxar uzaqdan
Süzülər yerə damla-damla yaş axar yanaqdan
O mənsiz qalınca, o mənsiz yarımcan
Ucaldan təkcə bir məqam - öpüş dodaqdan
Onu eşidən duyar, var son sözü ümid son ölər
Onu eşidən duyar, var son sözü ümid son ölər
Onun saçları son bahardır
Ömrü iztirab, dörd divardır
O, tərki-dünyadır, anlamam halından
O, günəş kimi yandırardı
Yazda yağışdır, yayda qardır
Kim bilir nələr keçib gedir ağlından
Onun sözləri ittihamdır
Onun gözləri intihardır
Bəlkə onda ağrılar çıxar canından



Credits
Writer(s): Miri Yusif, Orxan Qarabasma, Rg
Lyrics powered by www.musixmatch.com

Link