Həyat

Mənə yaşatmağı öyrətmə, həyat
Sənin hər üzünü görmüşəm artıq
Mənə nağıllardan danışma, həyat
O saflıq yaşımı keçmişəm artıq
Gəl mənə özünü tanıtma, həyat
Bu gün verdiyini sabah alacaq
Güldürüb, sonra da həzm eləməyib
Xirtdəyimdə qoyub ağladacaqsan
Sən artıq mənim üçün bulud kimisən
Kənardan dolusan, toxunsam bomboş
Sən artıq mənim üçün yuxu kimisən
Orda ayıq idim, burdasa sərxoş
Sən artıq mənim üçün yazdan xatirə
Payızın olmayan çiçək kimisən
Sən artıq mənim üçün bəstəsi hazır
Qafiyəsi yarım şeir kimisən
Sən artıq mənim üçün yazdan xatirə
Payızın olmayan çiçək kimisən
Sən artıq mənim üçün bəstəsi hazır
Qafiyəsi yarım şeir kimisən

Mənə yaşatmağı öyrətmə, həyat
Səni öyrənməkdən yorulmuşam mən
Mənə yaşatmağı öyrətmə, həyat
Sənin ustadından dərs almışam mən
Mənə pambıqlardan gəlinlik biçib
Əynimə geyəndə yandıracaqsan
Özün yaşayasan, güləsən deyə
Məni hara kimi harcayacaqsan?
Sən arıtq mənim üçün bulud kimisən
Kənardan dolusan, toxunsam bomboş
Sən artıq mənim üçün yuxu kimisən
Orda ayıq idim, burdasa sərxoş
Sən artıq mənim üçün yazdan xatirə
Payızın olmayan çiçək kimisən
Sən artıq mənim üçün bəstəsi hazır
Qafiyəsi yarım şeir kimisən
Sən artıq mənim üçün yazdan xatirə
Payızın olmayan çiçək kimisən
Sən artıq mənim üçün bəstəsi hazır
Qafiyəsi yarım şeir kimisən

Sən artıq mənim üçün yazdan xatirə
Payızın olmayan çiçək kimisən
Sən artıq mənim üçün bəstəsi hazır
Qafiyəsi yarım şeir kimisən
Sən artıq mənim üçün yazdan xatirə
Payızın olmayan çiçək kimisən
Sən artıq mənim üçün bəstəsi hazır
Qafiyəsi yarım şeir kimisən



Credits
Writer(s): Novruz Aslan, Vüsalə əlizadə
Lyrics powered by www.musixmatch.com

Link