Bakı Göz Yaşlarına İnanmır

İnsanlar müəmma
İnsanlar sirli qutu
Sevgiyə oxşadı
Sən demə, oyundur
Tərəddüd çoxaldı
Xəyallar su oldu
İnamda alışdıq
Yalanda soyuduq

Bakı göz yaşlarına inanmır daha
Üzrü qəbahətindən də xeyli baha
Ayrılırıqsa, saxlamayaq sabaha
İşin sonu bəllidir
Bakı göz yaşlarına inanmır daha
Ayrılıqlar adiləşib, hər şey rahat
Mənə qalan yoldur, sürürəm uzağa
Gerisi təsəllidir
Vüsaldan həsrətə
İşıqdan zülmətə
Sevgidən nifrətə
Bir addım yetər
Bakı göz yaşlarına inanmır daha
Üzrü qəbahətindən də xeyli baha
Ayrılırıqsa, saxlamayaq sabaha
İşin sonu bəllidir
Bakı göz yaşlarına inanmır daha
Ayrılıqlar adiləşib, hər şey rahat
Mənə qalan yoldur, sürürəm uzağa
Gerisi təsəllidir

Bakı göz yaşlarına inanmır daha
Ayrılıqlar adiləşib, hər şey rahat
Mənə qalan yoldur, sürürəm uzağa
Gerisi təsəllidir



Credits
Writer(s): Murad Arif
Lyrics powered by www.musixmatch.com

Link