Sənin Sözün

Mən bilməmişdim, istədiyim qeyrə yar imiş
Mən bilməmişdim, istədiyim qeyrə yar imiş
Əvvəl vəfalı, axırı bietibar imiş
Canan yolunda
Canan yolunda nalə ilə keçdi günlərim
Eşq əhlinin nəsibi bütün ahüzar imiş

Zülfünmü könlümü, gözəlim, tarimar edən
Zülfünmü gözəlim, könlümü, tarimar edən
Yoxsa əzəldən könlüm elə tarimar imiş
Ahu baxışlı gözlərinin mübtəlasiyəm
Könlüm kəməndi-zülf ilə çoxdan şikar imiş
Vahid
Vahid, olur ki, sevgi fəlakət də törədir
Vahid, olur ki, sevgi fəlakət də törədir
Zənnimcə
Zənnimcə, eşqə mail olan bəxtiyar imiş

İlk bahar çağında qəlbimə dəydi
Hüsnümə yağdırdı qar sənin sözün
İlk bahar çağında qəlbimə dəydi
Hüsnümə yağdırdı qar sənin sözün
Yandım, bilmədin
Dondum, bilmədin
Yandım, bilmədin
Dondum, bilmədin
Barı biləydin
Yaraladı məni, paraladı məni
Yaraladı məni, paraladı məni
Yar sənin sözün
Sənin sözün, sənin sözün
Sənin sözün, yar sənin sözün
Acı söz yamandır oddan kaş biləydin özün
Gör necə məni pərişan eylədi bir sözün

Acı söz yamandır oddan kaş biləydin özün
Gör necə məni pərişan eylədi bir sözün
Sənin sözün, sənin sözün
Sənin sözün, yar sənin sözün

Sən o gün sevmirəm söylədin gülüm
Halımı pərişan eylədin gülüm
Sən o gün sevmirəm söylədin gülüm
Halımı pərişan eylədin gülüm
Getdin, gəlmədin
Getdin, bilmədim
Getdin, gəlmədin
Getdin, bilmədim
Neylədin, gülüm?
Etdi axır məni, etdi fağır məni
Etdi axır məni, etdi fağır məni
Yar sənin sözün
Sənin sözün, sənin sözün
Sənin sözün, yar sənin sözün
Acı söz yamandır oddan kaş biləydin özün
Gör necə məni pərişan eylədi bir sözün

Acı söz yamandır oddan kaş biləydin özün
Gör necə məni pərişan eylədi bir sözün
Sənin sözün, sənin sözün
Sənin sözün, yar sənin sözün
Sənin sözün, sənin sözün
Sənin sözün, yar sənin sözün



Credits
Writer(s): Elekber Tagıyev, Süleyman Rüstem
Lyrics powered by www.musixmatch.com

Link