Damlalar

Səninlə çox çətin mənə
Sənsiz daha da dözülməz
Sevincdən pay verən adam
Burnundan gətirməz
Niyə zəng çatmayır sənə
Mesajlarım da cavabsız
Elə bil dağ başındasan
Sənə çatmaq imkansız
Dam-dam-damlalar axacaq
Gözlərimdən ürəyə
Dam-dam-damlalar dolacaq
Gəzdiyimiz küçəyə
Dam-dam-damlalar susacaq
Ehtiyac yox sözlərə
Dam-dam-damlalar axacaq
Yağış yağır şəhərə
Sənə mən çox bağlanmışam
Mənə ziyandır bu sevgi
Ola bilməz yanılmışam
Nə edim bəs indi
Niyə zəng çatmayır sənə
Mesajlarım da cavabsız
Niyə zülm edirsən mənə
Belə olmaz insafsız



Credits
Writer(s): Murad Arif
Lyrics powered by www.musixmatch.com

Link