Bilir Bütün Bakı

Hər səhər açılır yuxularım
Sənin qoxunla yatağımda, sevgilim
Məsafələr uzaq olsa da
Bil ki, qəlbimdəki yerimdəsən milim-milim
Gəlişini gözlər gözlərim hər səhər
Hər axşam, hər gündüz, hər gecə
Sənsiz keçir günlərim Bakıda
Bu dərdə, söylə, dözüm mən necə?
Bu gün doğum günün
Yanında olmasam da
Ruhumdasan hər zaman
Qovuşmasaq, baharım olacaq sənsiz
Çovğun, şaxta, qar, boran
Sən yoxsan, baxmaz gözlərim
Başqa bir kimsəyə bütün hisslərim
Səndən yanadır, inan, "baby"
Yalan varsa, yansın ağzım, dilim
Bilir bütün Bakı
Ki, sən qəlbimin sirdaşı
Yol yoldaşım, ömrüm-günüm
Gətirsin uğur yeni yaşın
Bilir bütün Bakı
Ki, sən qəlbimin sirdaşı
Yol yoldaşım, ömrüm-günüm
Gətirsin uğur yeni yaşın
Gözəl keçir bu ara Bakıda havalar
Amma, heyif ki, günəşim yoxdur
Bir il səndən uzaq qalmaq
Mənim üçün bir əsrdən belə çoxdur
Tək gözəl yanı, bitir bu həsrət
Başlayır sonsuz bir səadət
Bu dünyada hər şey qismət
Sən mənə Tanrıdan bir ömür əmanət
Çoxu getdi, azı qaldı
Bitəcək yaxında bu həsrət, gülüm
Oxuyacaq könül bağımda
Oxuyacaq eşqlə Xarıbülbülüm
Sən yoxkən yazdım mahnılar
Mahnılarım belə səni arzular
Arzularımın sahibi, bir az səbir et
Sayılı günün ömrü az olar
Bilir bütün Bakı
Ki, sən qəlbimin sirdaşı
Yol yoldaşım, ömrüm-günüm
Gətirsin uğur yeni yaşın
Bilir bütün Bakı
Ki, sən qəlbimin sirdaşı
Yol yoldaşım, ömrüm-günüm
Gətirsin uğur yeni yaşın

Bilir bütün Bakı
Ki, sən qəlbimin sirdaşı
Yol yoldaşım, ömrüm-günüm
Gətirsin uğur yeni yaşın



Credits
Writer(s): Mərdan Kazımov
Lyrics powered by www.musixmatch.com

Link