Şuşa

Deyirəm dünya qədər
Deyilməmiş sözüm var
Aylı, ulduzlu gecə
Gün kimi gündüzüm var
Can vəsli var səndə
Dağların zirvəsində
Tarixlərin şahidi
Yaşıl Cıdır düzündə
Bir səmavi diyarsan
Duyan qəlbi duyarsan
Sənə könül verənlər
Söylər "nə bəxtiyarsan"

Doğma torpağım - Şuşa
Nadir oylağım - Şuşa
Yaylaqların içində
Mənim yaylağım - Şuşa
Doğma torpağım - Şuşa
Nadir oylağım - Şuşa
Yaylaqların içində
Mənim yaylağım - Şuşa

Gözümə görünürsən
Həmişə canan kimi
Söz düşəndə sənətdən
Dillən Natəvan kimi
Qarabağı sevdirən
Dahi övladların var
Cabbar, Seyid, Hüseyn
Bülbül, Rəşid, Xan kimi
Güllərin zərbi sənin
Günəş sevgilin sənin
Xatirələr danışır
Çiçəyin, gülün sənin

Doğma torpağım - Şuşa
Nadir oylağım - Şuşa
Yaylaqların içində
Mənim yaylağım - Şuşa
Doğma torpağım - Şuşa
Nadir oylağım - Şuşa
Yaylaqların içində
Mənim yaylağım - Şuşa
Doğma torpağım - Şuşa
Mənim oylağım - Şuşa
Yaylaqların içində
Mənim yaylağım - Şuşa
Doğma torpağım - Şuşa
Mənim oylağım - Şuşa
Yaylaqların içində
Mənim yaylağım - Şuşa
Şuşa!



Credits
Writer(s): Oqtay Rəcəbov, Rafiq Zəka Xəndan, Sura Ziyadqızı, Yeganə Mikayılqızı
Lyrics powered by www.musixmatch.com

Link