Bilə Bilmirəm

Sənli günlərimlə
Sənsiz günlərim
De, hansı çoxdur
Bilə bilmirəm?

Gör neçə vaxtdır ki
Ayrıyıq sənlə
Danışa bilmirəm
Gülə bilmirəm
Ötən günlərimiz
Həsrət nəğməsi
Şirin xatirələr
Dəniz ləpəsi
Həsrəti qəlbimdən
Silə bilmirəm
Söylə bu nə
Söylə bu nə sirr idi?
Bilə bilmirəm
Bilə bilmirəm
Bilə bilmirəm
Mən səni gözlərəm
Səndən uzaqda
Sənin bal həsrətin
Qəlbdə, dodaqda

Səni görə-görə
Doğma torpaqda
Yanına bəs niyə
Gələ bilmirəm?
Ötən günlərimiz
Həsrət nəğməsi
Şirin xatirələr
Dəniz ləpəsi
Həsrəti qəlbimdən
Silə bilmirəm
Söylə bu nə
Söylə bu nə sirr idi?
Bilə bilmirəm
Bilə bilmirəm
Bilə bilmirəm

Söylə bu nə
Söylə bu nə sirr idi?
Bilə bilmirəm
Bilə bilmirəm
Bilə bilmirəm



Credits
Writer(s): Aslan Abdullayev, Nəriman Məmmədov
Lyrics powered by www.musixmatch.com

Link