Yanımda Ol (Sevgilim)

Sən mənimçün həyatımdan əzizsən
Sən mənimçün təmizdən də təmizsən
Sən həmişə bax belə ol, sevgilim
Sən həmişə bax belə ol, sevgilim
Necə varsan, elə də qal, sevgilim
Sən həmişə bax belə ol, sevgilim
Sən həmişə bax belə ol, sevgilim
Necə varsan, elə də qal, sevgilim

Ürəyimdə bir arzu, bir istək var
O, çox safdır, Allah qoysa, çin olar
Saçlarımız bürünsə də gümüşə
Saçlarımız bürünsə də gümüşə
Yanımda ol, yanımda ol həmişə
Saçlarımız bürünsə də gümüşə
Saçlarımız bürünsə də gümüşə
Yanımda ol, yanımda ol həmişə

Məhəbbətin mənə yaman gərəkdir
Sədaqətin mənə arxa, dirəkdir
Sənin qəlbin gül-çiçəkdən incədir
Sənin qəlbin gül-çiçəkdən incədir
Sənin sevgin çoxdan ürəyimcədir
Sənin qəlbin gül-çiçəkdən incədir
Sənin qəlbin gül-çiçəkdən incədir
Sənin sevgin çoxdan ürəyimcədir

Ürəyimdə bir arzu, bir istək var
O, çox safdır, Allah qoysa, çin olar
Saçlarımız bürünsə də gümüşə
Saçlarımız bürünsə də gümüşə
Yanımda ol, yanımda ol həmişə
Saçlarımız bürünsə də gümüşə
Saçlarımız bürünsə də gümüşə
Yanımda ol, yanımda ol həmişə

Ürəyimdə bir arzu, bir istək var
O, çox safdır, Allah qoysa, çin olar
Saçlarımız bürünsə də gümüşə
Saçlarımız bürünsə də gümüşə
Yanımda ol, yanımda ol həmişə
Saçlarımız bürünsə də gümüşə
Saçlarımız bürünsə də gümüşə
Yanımda ol, yanımda ol həmişə
Həmişə yanımda ol, sevgilim



Credits
Writer(s): Baba Vəziroğlu, Faiq Sücəddinov
Lyrics powered by www.musixmatch.com

Link