Hardan Biləsən

Hələ eniş-yoxuşlu
Yollar yormayıb səni
Bir bənövşə naminə
Gəzməmisən çəməni
Özün körpə çiçəksən
Necə duyasan məni?
Hicranın ağrısını
Görməmisən hələ sən
Məhəbbətin qədrini
Axı, hardan biləsən?
Məhəbbətin qədrini
Axı, hardan biləsən?
Sənə xatirə deyil
Düşən yarpaq
Solan gül
Gecələr oyaq qalıb
Gözü yaşla dolan gül
Sənə xatirə deyil
Düşən yarpaq
Solan gül
Gecələr oyaq qalıb
Gözü yaşla dolan gül
Dünya hələ sənindir
Şadlan, oyna
Dolan, gül
Bu həyatı özgədə
Gorməmisən hələ sən
Məhəbbətin qədrini
Axı, hardan biləsən?
Məhəbbətin qədrini
Axı, hardan biləsən?

Hər kədəri, hər qəmi
Ürəyə salmamısan
Bir kəlmə cavab üçün
Nigaran qalmamısan
Birinə könül verib
İztirab almamısan
Bu könüllü əzabdan
Xəbərsizsən hələ sən
Məhəbbətin qədrini
Axı, hardan biləsən?
Məhəbbətin qədrini
Axı, hardan biləsən?

Sənə xatirə deyil
Düşən yarpaq
Solan gül
Gecələr oyaq qalıb
Gözü yaşla
Dolan gül
Sənə xatirə deyil
Düşən yarpaq
Solan gül
Gecələr oyaq qalıb
Gözü yaşla
Dolan gül
Dünya hələ sənindir
Şadlan, oyna
Dolan, gül
Bu həyatı özgədə
Gorməmisən hələ sən
Məhəbbətin qədrini
Axı, hardan biləsən?
Məhəbbətin qədrini
Axı, hardan biləsən?



Credits
Writer(s): Israil Kərimov, Nüsret Kesemenli
Lyrics powered by www.musixmatch.com

Link