Gecə

Yenə tək qoyub, gedib gecədən səhərədək
Anlamışdım bir gün geri dönəcək
Başdan başlayıb hər şey dəyişəcək
Dəyişəcək (uu-uu-uu-uu)
Sanki yanımda o
Getdikcə uzanır yol
Geriyə qalan nə oldu?
Dünyamın rəngləri soldu
Bilirəm qanımda o
Bir gecəlik yanımda ol
Bitməyən yol məni yordu
Bitmədən son gecəm oldu
Gecə dərdimi bilir qəlbimin içində
Dərinə enir, orda ən çətinlər
Başlayır, bitir yazılan sətirlər
Azdırır məni qaranlıq və gecə
Dərdimi bilir qəlbimin içində
Dərinə enir, orda ən çətinlər
Başlayır, bitir yazılan sətirlər
Azdırır məni qaranlıq və gecə
Səhər açılır və yenə mən
Yuxusuzam yenə gecədən
Yağışlar yağanda küçədə
Uzanır daha çox gecələr
Zəng elə, zəng elə cavab verim
Olsa da, olmasa da ürəyində mənim yerim
Düşmüşəm boşluğa, boşluğa neçə dəfə
Bəlkə bir gün taparam öz kölgəmi şəhərində
Amma yalan, yalan, yalan, yalan həyətınız sizin
Yalan, yalan, yalan, yalan yalanınız sizin
Amma yalan, yalan, yalan, yalan həyətınız sizin
Yalan, yalan, yalan, yalan yalanınız sizin
Gecə dərdimi bilir qəlbimin içində
Dərinə enir, orda ən çətinlər
Başlayır, bitir yazılan sətirlər
Azdırır məni qaranlıq və gecə
Dərdimi bilir qəlbimin içində
Dərinə enir, orda ən çətinlər
Başlayır, bitir yazılan sətirlər
Azdırır məni qaranlıq və gecə



Credits
Writer(s): Nərmin əliquliyeva, Rasim Pirazov
Lyrics powered by www.musixmatch.com

Link