Homo Muscus

Alın çatı altı qalın mamır qatı basır yeni nəsil beyinləri
Dayanmadan yeyinləşib
Alınmadı yaxşı tanınmağı ağız açıb deyiləsi şeirlərin
Yaratmasaq yeyilmərik

Ağına da, qarasına da lənət
Gedir qəti hamısından da zəhləm
Basır üzüqara tulaları dəhşət
Gələndə səsim qulağına həmişə

Biri cındırlıqla qürrələnir
Biri azadlıq üçün üstələnib, güllələnir
Üzdə gəzir şərin qüvvələri
Kütlər əsir eləyəndə məni bildim qüssə nədi alınanda üç sənədim (yeah)

Kəl ağanın küt baltası qan olub bro
Sənə axı it xaltası dar olur bro
Kənar axın idxal basıb var olur bro
Səbət aşıb, gilas daşır zay olur bro

Sonu yoxdu bu savaşın həddindən artıq yorulmuşam
Səthiləşir danışıqlar dərsliklər ağlı doyurmursa
(Doyurmursa, doyurmursa)

Çoxdu qüsur, pozur hüzur
Şeytan qusur nifrət içimə, nifrətim sizə (yeah)
Azğın üslub qanmır düstur
Qapı pusur millətim niyə, bax axı niyə? (de)

Alın çatı altı qalın mamır qatı basır yeni nəsil beyinləri
Dayanmadan yeyinləşib
Alınmadı yaxşı tanınmağı ağız açıb deyiləsi şeirlərin
Yaratmasaq yeyilmərik

Mini danışmaz, biri danışar (Shh, shh)
Dili açılan dilsiz tapılar (yeah, yeah)
Biri qavrayan, mini lay divar (yeah, yeah)
Diri başı da ölü daşıyan daşıyar

Baş aşağı sabit maaşla yaşa sakit
Səs çıxarma qəti qəti qəti qəti
Qapadarıq, şahid ansız olar varid
Səhv buraxma qəti qəti qəti qəti



Credits
Writer(s): Afiq Adilov
Lyrics powered by www.musixmatch.com

Link