Mənim-Mənim - Tapar Məni

Min nəfərə bir dərd olsa
Hökmən gəlib tapar məni
Yer üzündə bir it varsa
Gəlib tapıb qapar məni
Min nəfərə bir dərd olsa
Hökmən gəlib tapar məni
Yer üzündə bir it varsa
Gəlib tapıb, qapar məni
Arzum içimdə qəribdir
Sinəmdə qəm göyəribdir
Yuxuma ilan giribdir
Yəqin çalar o mar məni

Bilinmir heç uzaq yaxın
Çoxum yoxdur aza baxım
Damarımda nalə axır
Öldürər bu damar məni
Bilinmir heç uzaq yaxın
Çoxum yoxdur aza baxım
Öldürər bu damar məni

Sözdən sirrdən usanmışam
Fitnəgirdən usanmışam
Tanrım, yerdən usanmışam
Öz yanına apar məni
Xəyallarım ələk-vələk
Yuxumda min fitnə, fələk
Mənim "mən"im tək qalıb, tək
Öz-özündən umar məni

Bilinmir heç uzaq yaxın
Çoxum yoxdur aza baxım
Damarımda nalə axır
Öldürər bu damar məni
Bilinmir heç uzaq yaxın
Çoxum yoxdur aza baxım
Damarımda nalə axır
Öldürər bu damar məni

Min nəfərə bir dərd olsa
Hökmən gəlib tapar məni
Yer üzündə bir it varsa
Gəlib tapıb, qapar məni
Bilinmir heç
Bilinmir heç uzaq yaxın
Çoxum yoxdur aza baxım
Damarımda nalə axır
Öldürər bu damar məni
Bilinmir heç uzaq yaxın
Çoxum yoxdur aza baxım
Damarımda nalə axır
Öldürər bu damar məni



Credits
Writer(s): Hatem Nebioğlu, Ikram əliyev
Lyrics powered by www.musixmatch.com

Link