Daha Məndə Dözüm Yox

Nəğmə dolu bir dünyama
Göz açmışdı bu gözlər
Bir ömürlük məhəbbətdən
Söz açmışdı bu gözlər
Niyə birdən yoxa çıxdı
O bəxtəvər gülüşlər
Niyə məni belə yıxdı
Niyə məni belə yıxdı
O bəxtəvər gülüşlər

Gəl gəl gülüm, gəl görüşək
Hicranına dözməz ürək
Həsrət mənə bir dağ olar
Bir dağ olar
Gəl gəl gülüm, gəl görüşək
Ağlamasın salxım söyüd
Ağlamasın salxım söyüd
Göz yaşları bulaq olar
Göz yaşlarım

Kövrək göyçək arzularla
Gəl ömrümə günümə
Sənsiz ürək haray çəkir
Yet səsimə ünümə

Bu eşq məni öldürsədə
Yalvarmağa üzüm yox
İnsafsızlıq yetər gülüm
İnsafsızlıq yetər gülüm
Daha məndə dözüm yox

Gəl gəl gülüm, gəl görüşək
Hicranına dözməz ürək
Həsrət mənə bir dağ olar
Bir dağ olar

Gəl gəl gülüm, gəl görüşək
Ağlamasın salxım söyüd
Ağlamasın salxım söyüd
Göz yaşları bulaq olar
Göz yaşlarım

Gəl gəl gülüm, gəl görüşək
Hicranına dözməz ürək
Həsrət mənə bir dağ olar
Bir dağ olar

Gəl, gəl gəl gülüm, gəl görüşək
Ağlamasın salxım söyüd
Ağlamasın salxım söyüd
Göz yaşları bulaq olar
Göz yaşlarım

Ağlamasın salxım söyüd



Credits
Writer(s): Demir Gedebeyli, Elza Ibrahimova
Lyrics powered by www.musixmatch.com

Link