Eşqimə Şahid Zaman

Bir an görməsəydim səni
Qəlbən sevməsəydim səni
Hicran nədir, bilməzdim
Niyə sevdin, küsüb getdin?
İndi nədir arzun, dərdin?
Hədsiz artmış kədərim
Təzə açmış bir qönçətək
Zərif ətrinə heyran

Təzə açmış bir qönçətək
Zərif ətrinə heyran
Hamı deyər "gözəl mələk"
Yaranmısan mehriban
Sevdim səni ilk baharda
Eşqimə şahid zaman
Hamı deyər "gözəl mələk"
Yaranmısan mehriban
Sevdim səni ilk baharda
Eşqimə şahid zaman

İlk arzular getdi hədər
Qəlbə hakim oldu kədər
Açmadan soldum, neyçin?
Niyə sevdin, küsüb getdin?
İndi nədir arzun, dərdin?
Hədsiz artmış kədərim
Təzə açmış bir qönçətək
Zərif ətrinə heyran

Təzə açmış bir qönçətək
Zərif ətrinə heyran
Hamı deyər "gözəl mələk"
Yaranmısan mehriban
Sevdim səni ilk baharda
Eşqimə şahid zaman
Hamı deyər "gözəl mələk"
Yaranmısan mehriban
Sevdim səni ilk baharda
Eşqimə şahid zaman
Eşqimə şahid zaman
Eşqimə şahid zaman
Eşqimə şahid zaman
Eşqimə şahid zaman



Credits
Writer(s): Faiq Bağırzadə, Oqtay Kazımi
Lyrics powered by www.musixmatch.com

Link