Bahar Bayramı

Bahar gəlir, yaz gəlir anam Azərbaycana
Səmənilər hər evə düzülübdür yan-yana
Bahar gəlir, yaz gəlir anam Azərbaycana
Səmənilər hər evə düzülübdür yan-yana
Deyib, gülüb, şənlənək
Aləm sevinclə dolsun
Bu bayram gecəsində
Hər arzumuz çin olsun
Deyib, gülüb, şənlənək
Aləm sevinclə dolsun
Bu bayram gecəsində
Hər arzumuz çin olsun
Gəlin dostlar, gəlin yandıraq şamı
Dövrə vuraq, şənlik eyləsin hamı
Çox yaraşır yurdumuza, elimizə
Bahar bayramı
Gəlin dostlar, gəlin yandıraq şamı
Dövrə vuraq, şənlik eyləsin hamı
Çox yaraşır yurdumuza, elimizə
Bahar bayramı

Hər tərəf əlvan geyir, naz eyləyir gül gülə
Sevənlər, sevilənlər seyrə çıxır əl-ələ
Hər tərəf əlvan geyir, naz eyləyir gül gülə
Sevənlər, sevilənlər seyrə çıxır əl-ələ
Deyib, gülüb, şənlənək
Aləm sevinclə dolsun
Bu bayram gecəsində
Hər arzumuz çin olsun
Deyib, gülüb, şənlənək
Aləm sevinclə dolsun
Bu bayram gecəsində
Hər arzumuz çin olsun
Gəlin dostlar, gəlin yandıraq şamı
Dövrə vuraq, şənlik eyləsin hamı
Çox yaraşır yurdumuza, elimizə
Bahar bayramı
Gəlin dostlar, gəlin yandıraq şamı
Dövrə vuraq, şənlik eyləsin hamı
Çox yaraşır yurdumuza, elimizə
Bahar bayramı

Səsimiz Qarabağı, Zəngəzuru dolaşsın
Kaş qələbə xəbəri bu bayrama qarışsın
Səsimiz Qarabağı, Zəngəzuru dolaşsın
Kaş qələbə xəbəri bu bayrama qarışsın
Bahar gəlir yurdumuza, elimizə
Sevinc gətir ömrümüzə, günümüzə
Qələbə müjdəsi gətirəydi kaş
Bu bayram bizə
Bahar gəlir yurdumuza, elimizə
Sevinc gətir ömrümüzə, günümüzə
Qələbə müjdəsi gətirəydi kaş
Bu bayram bizə
Gəlin dostlar, gəlin yandıraq şamı
Dövrə vuraq, şənlik eyləsin hamı
Çox yaraşır yurdumuza, elimizə
Bahar bayramı
Gəlin dostlar, gəlin yandıraq şamı
Dövrə vuraq, şənlik eyləsin hamı
Çox yaraşır yurdumuza, elimizə
Bahar bayramı



Credits
Writer(s): Abış Surxayoğlu
Lyrics powered by www.musixmatch.com

Link