Bu Yollar Hayana Aparır Məni

Tükənib ümidim qalmayıb dözüm
Bele yaşamaqda olarmı yəni?
Çarəsiz qalmışam çarə tapmıram
Bu yollar hayana aparır məni?

Heyranam gülenin gülüşlerine
Sayıram saçıma düşən ağ dəni
Azmışam dərdimin astanasında
Bu yollar hayana aparır məni?

Unutmaq isdərəm bütün dərtləri
Tekrardan öyrədin mənə gülməni
Qanadı qırılmış quşam elə bil
Bu yollar hayana aparır məni?

Denizin haykıran ləpəsiyəm mən
Çırpılıb qayaya qoparır məni
Hissə -hissə edib sonra yox edir
Bu yollar hayana aparır məni?

Buz kəsib nəfəsim şaxtalı qarda
Ümidim qırılıb qalmışam darda
Ömürlük dostumdu bu ahu-zarda
Bu yollar hayana aparır məni?

Geriyə baxanda uçuq bir daxma
Önümdə görürəm dumanlı çəni
İlişib qalmışam yol ayrıcında
Bu yollar hayana aparır məni?



Credits
Writer(s): Arzuman Abbaszade, Sekine Bilalova
Lyrics powered by www.musixmatch.com

Link