Zəfər Marşı

Susmaz qelem, susmaz dilim, torpaq uchun olerem men,
Duz yolunda her bir derdi, chekib sheref bilerem men.
Vetenime goz dikeni yer uzunden silerem men,
Mubarizem men, Poladam, qanimla tarix yazaram.
Veten uchun yashayiram, shehadete shovqle varam.
Ürəyində eşq olana soyuq da bir, isti də bir.
Haqq uğrunda yanan qəlbə alov da bir, tüstü də bir.
Mənim üçün bu torpağın altı da bir, üstü də bir.
Ölsəm torpaq olub yurdun torpağını çoxaldaram.
Vətən üçün yaşayıram, Şəhadətə şövqlə varam.
Hayıf vardır bircə canım, min olaydı, verəydim hey,
Yağı gələn sərhədlərə candan divar hörəydim hey.
Parça-parça olaydım mən, yurdu bütöv görəydim hey.
Zövq alardım hər acıdan, ağrımazdı bircə yaram,
Vətən üçün yaşayıram, Vətən üçün yaşayıram, Vətən üçün yaşayıram.



Credits
Writer(s): Rauf Qərib Alagöz
Lyrics powered by www.musixmatch.com

Link