Əzizim

Bəxti qarə adam sandılar məni,
Ağlayan, sevinən oldu əzizim.
Səninsə umrunda deyil ki, bunlar
Sən getdin həyatım soldu əzizim.

Ömrümün baharı qışa dönübdü,
Çiçəkli baxcamı qara gömübdü,
Soyuqdan ocagın közü sönübdü,
Ürək param-parça oldu əzizim.

Suallar yagdırar insanın çoxu,
Yalanlar gerçəkdən olar qorxulu,
Yaşanan xəyalmı? yoxsa ki, yuxu?
Cavabsız bir sual oldu əzizim.

Xatırla arabir mən qəribanı,
İztirab köksümü yoldu əzizim.
Dualar edirdim mən səni görəm,
Vaxt gettdi zamanim doldu əzizim.

Məhəbbət acımı yoxsa şirinmi?
Nifrətin dəyazmı yoxsa dərinmi?
Ürəyin istimi yoxsa sərinmi?
Bədduam bil sənə boldu əzizim.



Credits
Writer(s): Arzuman Abbaszade, Sekine Bilalova
Lyrics powered by www.musixmatch.com

Link