Yox

Bir gün məhəbbət haqqında danışdım sənə
Sən məni başa düşmədin, duymadın yenə
Dedin "yox"
Mən dedim "günəş sarıdır", sən dedin "qara"
Mən dedim: "qışda gəzərkən iz düşür qara"
Dedin "yox"
Dedim "mən səni tək qalmağa qoymayacağam"
"Səni tərk edib başqasıyla olmayacağam"
Dedin "yox", dedin "yox", dedin "yox"
Dedin "yox", dedin "yox", dedin "yox"
Mən dedim "fəsil dəyişir keçəndə aylar"
Dedim "bir ilin içində 12 ay var"
Dedin "yox"
Mən dedim: "yumsan gözünü düşər qaranlıq"
"Yum gözünü məni düşün, düşün bir anlıq"
Dedin "yox"
Niyə bəs açıq söyləmədin istəyini sən?
Sevsəm də səni, indi məcburam gedəcəyəm
Dedin "yox", dedin "yox", dedin "yox"
Dedin "yox", dedin "yox", dedin "yox"

Mən dedim bu davranışdır könlümü üzən
Gəlmişəm qəti qərara, getməliyəm mən
Dedin "yox"
Mən dedim: "quşlar uçarkən qanad açırlar"
Mən dedim: "ulduzlar göydə işıq saçırlar"
Dedin "yox"
Dedim "mən səni tək qalmağa qoymayacağam"
"Səni tərk edib başqasıyla olmayacağam"
Dedin "yox", dedin "yox", dedin "yox"
Dedin "yox", dedin "yox", dedin "yox"
Mən dеdim: "bu məhəbbətin axırı yoxdur"
"İkimiz də üzülürük, əzabı çoxdur"
Dedin "yox"
Dayandıq nəfəs – nəfəsə, yaşardı gözüm
Titrəyə - titrəyə dedim bir kəlmə sözü
Dedin "yox"
Niyə bəs açıq söyləmədin istəyini sən?
Sеvsəm də səni, indi məcburam gedəcəyəm
Dedin "yox", dedin "yox", dedin "yox"
Dedin "yox", dedin "yox", dedin "yox"



Credits
Writer(s): ədalət şükürov, Ikram əliyev
Lyrics powered by www.musixmatch.com

Link