Təşəkkür

Mən sənə ulduzları göydən dərib gəldim
Tək sənin olmaq üçün qəlbimə hökm elədim
Bir cənub şəhərində, balaca bir kafedə
Başlayan sevgimizi nəğmələrə çevirdim
Günlərimin, illərimin əzizdir hər bir anı
Səninlə yazdığımız romanın
Hər səhifəsin yenidən keçərəm
Sevgin ilə bağışladın ulduzları, səmanı
Həsr elədin mənə öz dünyanı
Hər şey üçün təşəkkür edirəm

Bu dənizin şəfəqlərin tellərindən dərmişəm
Şəhərimin küçələrin sənlə gəzib sevmişəm
O günlər unudulmaz, o gözlər unudulmaz
Boz həyatın al rənglərin gözlərində görmüşəm
Günlərimin, illərimin əzizdir hər bir anı
Səninlə yazdığımız romanın
Hər səhifəsin yenidən keçərəm

Günlərimin, illərimin əzizdir hər bir anı
Səninlə yazdığımız romanın
Hər səhifəsin yenidən keçərəm
Sevgin ilə bağışladın ulduzları, səmanı
Həsr elədin mənə öz dünyanı
Hər şey üçün təşəkkür edirəm
Mən sənə ulduzları göydən dərib gəldim



Credits
Writer(s): Murad Arif
Lyrics powered by www.musixmatch.com

Link