Qızıl Üzük

Üzüyümün qaşı firuzədəndir
Könlüm açılmayır, bilməm nədəndir?
Yaman gündə dost əlindən bərk yapış
Böyük duyğu ömrünü bahar edəndir
Dünyanın həvəsi keçib gedəndir

Bizim bağlar, çöllər xoş bir tamaşa
Sonalar göllərdə gəzərlər qoşa
Necə çətin olsa ömrün yolları
Birlikdə yorulmaz, vurarıq başa
Birlikdə yorulmaz, vurarıq başa

Bulud gəzər, çiskin çilər, çən eylər
Yar yarından ayrı düşsə, qəm eylər
Sevgilimdən necə qalım aralı?
Bir baxışla qəlbə yüz məlhəm eylər
Bir baxışla qəlbə yüz məlhəm eylər
Üzüyümün qaşı firuzədəndir



Credits
Writer(s): Rəsul Rza, Tofiq Quliyev
Lyrics powered by www.musixmatch.com

Link