Zəng Elə

Hicranın adı da üşüdür məni
Qarlı zirvələrdən düşürür məni
Elə hey özümü danlayıram ki
Gərək, nadir halda düşünüm səni
Hicranın bağrımı yandırıb yaxır
Zəhərli oxunu sinəmə taxır
Şübhələr, qorxular qəlbimə axır
Səsini eşidib, duymayan zaman
Nə olar, əzizim, barı zəng elə!
Eşidim səsini sarı tellərdən
Bir xəbər söyləyib qəlbimə su səp
Tənha yaşadığın uzaq ellərdən
Nə olar, əzizim, barı zəng elə!
Eşidim səsini sarı tellərdən
Bir xəbər söyləyib qəlbimə su səp
Tənha yaşadığın uzaq ellərdən
Tənha yaşadığın uzaq ellərdən

Niyə bu ayrılıq yazıldı bizə?
Bu sənin suçunmu, yoxsa mənimmi?
Bəlkə də, taleyin bir oyunudur bu?
Yazılmış əzəldən qismətimizə
Hicranın adı da üşüdür məni
Qarlı zirvələrdən düşürür məni
Elə hey özümü danlayıram ki
Gərək, nadir halda düşünüm səni
Nə olar, əzizim, barı zəng elə!
Eşidim səsini sarı tellərdən
Bir xəbər söyləyib qəlbimə su səp
Tənha yaşadığın uzaq ellərdən
Nə olar, əzizim, barı zəng elə!
Eşidim səsini sarı tellərdən
Bir xəbər söyləyib qəlbimə su səp
Tənha yaşadığın uzaq ellərdən
Tənha yaşadığın uzaq ellərdən
Nə olar
Nə olar

Nə olar, əzizim, barı zəng elə!
Eşidim səsini sarı tellərdən
Bir xəbər söyləyib qəlbimə su səp
Tənha yaşadığın uzaq ellərdən
Nə olar, əzizim, barı zəng elə!
Eşidim səsini sarı tellərdən
Bir xəbər söyləyib qəlbimə su səp
Tənha yaşadığın uzaq ellərdən
Tənha yaşadığın uzaq ellərdən
Tənha yaşadığın uzaq ellərdən
Tənha yaşadığın uzaq ellərdən
Nə olar, zəng elə
Nə olar



Credits
Writer(s): Aybəniz Güllər, Məhəbbət Xanım
Lyrics powered by www.musixmatch.com

Link