İlk Bahar

Yenə gəldi ilk bahar, yaz gülə-gülə
Bu qədər gəl etmə, yar, naz gülə-gülə
Səni sevdim qəlbimlə, ey gözəl pəri
Mənə söylə bir şirin söz gülə-gülə
Mən aşıq, bəndəm gülə
Bülbüləm, bəndəm gülə
Xəstəyəm, qalıb əlacım
Bir şirin dilə
Xəstəyəm, qalıb əlacım
Bir şirin dilə
Cavan ömrüm şad olar
Səslər dünyanı
Qara qaşın, ağ üzün
Olum qurbanı
Niyə məndən gizlədirsən eşqini sən?
Mən aşıq, bəndəm gülə
Bülbüləm, bəndəm gülə
Xəstəyəm, qalıb əlacım
Bir şirin dilə
Xəstəyəm, qalıb əlacım
Bir şirin dilə

Açılıb hər yan çiçək, bax gözəl-gözəl
Telinə əlvan çiçək tax gözəl-gözəl
Yanıram hicrində mən, dön sərin suya
Ürəyimə sel kimi ax gözəl-gözəl
Mən aşıq, bəndəm gülə
Bülbüləm, bəndəm gülə
Xəstəyəm, qalıb əlacım
Bir şirin dilə
Xəstəyəm, qalıb əlacım
Bir şirin dilə
Cavan ömrüm şad olar
Səslər dünyanı
Qara qaşın, ağ üzün
Olum qurbanı
Niyə məndən gizlədirsən eşqini sən?
Mən aşıq, bəndəm gülə
Bülbüləm, bəndəm gülə
Xəstəyəm, qalıb əlacım
Bir şirin dilə
Xəstəyəm, qalıb əlacım
Bir şirin dilə
Bir şirin dilə
Bir şirin dilə
Bir şirin dilə
Bir şirin dilə



Credits
Writer(s): Tofiq Quliyev, Zeynal Cabbarzade
Lyrics powered by www.musixmatch.com

Link