Gəl Gedək Buralardan

Gəl yenə tutaq əl-ələ
Bir düşün, gec deyil hələ
Qoymayaq ki, hicran gələ
Gəl gedək buralardan
Vaxt keçir, gedir anbaan
Heç kimi gözləmir zaman
Son qərar budur, son güman
Gəl gedək buralardan
Gəl gedək buralardan
Gəl gedək buralardan
Son qərar budur, son güman
Gəl gedək buralardan

Bir səbəb var getmək üçün
Xoş arzuya yetmək üçün
Yad baxışdan itmək üçün
Gəl gedək buralardan
Burada bir həsrət dəmi var
Qəlbimdə hicran qəmi var
Bizlərin öz aləmi var
Gəl gedək buralardan
Gəl gedək buralardan
Gəl gedək buralardan
Son qərar budur, son güman
Gəl gedək buralardan
Gəl gedək buralardan
Gəl gedək buralardan
Son qərar budur, son güman
Gəl gedək buralardan
Gəl gedək buralardan



Credits
Lyrics powered by www.musixmatch.com

Link