Nəğmə Olmaq İstəyirəm

Dəniz olmaq istəyirəm, ay ana!
Öz sinəmi göylər üçün açaram
Yox, ay bala, anan qurban boyuna!
Dəniz olsan, necə səni qucaram?

Zirvə olmaq istəyirəm, ay ana
Ucalarda hər an səni araram
Yox, ay bala, anan qurban boyuna!
Necə onda saçlarını dararam?

Nəğmə olmaq istəyirəm, ay ana!
Mən səslənim, batma dərdə-qəmə sən
Ol, ay bala, anan qurban boyuna
Sən onsuz da mənə sonsuz nəğməsən

Günəş olmaq istəyirəm, ay ana
İşıq alsın məndən torpaq, asiman
Yox, ay bala, anan qurban boyuna
İşıq verib, sən özün də yanarsan

Bulaq olmaq istəyirəm, ay ana!
Dağdan axım bağçaya mən, bağa mən
Eh, ay bala, anan qurban boyuna!
Özün dağsan, sığarsanmı dağa sən?!

Nəğmə olmaq istəyirəm, ay ana!
Mən səslənim, batma dərdə-qəmə sən
Ol, ay bala, anan qurban boyuna
Sən onsuz da mənə sonsuz nəğməsən

Nəğmə olmaq istəyirəm, ay ana!
Mən səslənim, batma dərdə-qəmə sən
Ol, ay bala, anan qurban boyuna
Sən onsuz da mənə sonsuz nəğməsən

Nəğmə olmaq istəyirəm, ay ana!
Mən səslənim, batma dərdə-qəmə sən
Ol, ay bala, anan qurban boyuna
Sən onsuz da mənə sonsuz nəğməsən



Credits
Writer(s): Faiq Sücəddinov, Nəbi Xəzri
Lyrics powered by www.musixmatch.com

Link