Sevdiciyim - Əgər İstəsən

Gözlərinə nur gərək olsa, inan
Gözlərimi verərəm sənə qurban
Əgər ömür istəsən məndən ötür
Həyatımı ömürlük töhfə götür

Yalan desəm, yansın dilim
Mənim əziz sevdiciyim
Sənsiz ötən ayım-ilim
Kaş ötəydi sənlə, gülüm

Sulardan duru
Günəş nurlu
Gözüm mənim
Sözüm mənim, mənim

Sulardan duru
Günəş nurlu
Gözüm mənim
Sözüm mənim, mənim

Od istəsən, çaxaram, şimşək olub
Gül istəsən, açaram, çiçək olub
Vüsalına bir anlıq yetmək üçün
Həyatımı sədəqə verrəm bütün

Yalan desəm, yansın dilim
Mənim əziz sevdiciyim
Sənsiz ötən ayım-ilim
Kaş ötəydi sənlə, gülüm

Sulardan duru
Günəş nurlu
Gözüm mənim
Sözüm mənim, mənim

Sulardan duru
Günəş nurlu
Gözüm mənim
Sözüm mənim, mənim

Yalan desəm, yansın dilim
Mənim əziz sevdiciyim
Yalan desəm, yansın dilim



Credits
Writer(s): Cabir Novruz, Oqtay Kazımi
Lyrics powered by www.musixmatch.com

Link