Heydər Əliyevin Xatirəsinə

Həyat təqvimini geriyə çəkib
Səninlə yenə də birgə olaydıq
Bizlərçün hər anı hədiyyə olan
Əvəzsiz günlərdə bir an qalaydıq
Övladı olduğun Azərbaycanda
Özü övlad kimi sənə söykənmiş
Yolunda ömrünü qurban verdiyin
Millətin gör sənsiz necə kövrəlmiş
Millətin gör sənsiz necə kövrəlmiş
Səni qismət kimi bizə yetirən
Bir ucdan boşalan dünya dolmurmu?
Sənin ruhuntəki güc qarşısında
Ölüm özü belə məğlub olmurmu?

Bir il azdır, çoxdur demək mümkünsüz
Ayrılıqda yəni az-çox olurmu?

Oyanan ürəyin dözümün gücü
Kaş həyat tonqalın söndürməyəydin
Bizi dünən, bu gün və sabahlarda
Həsrət yollarına göndərməyəydin
Övladı olduğun Azərbaycanda
Özü övlad kimi sənə söykənmiş
Yolunda ömrünü qurban verdiyin
Millətin gör sənsiz necə kövrəlmiş
Millətin gör sənsiz necə kövrəlmiş
Səni qismət kimi bizə yetirən
Bir ucdan boşalan dünya dolmurmu?
Bir il azdır, çoxdur demək mümkünsüz
Ayrılıqda yəni az-çox olurmu?

Bir il azdır, çoxdur demək mümkünsüz
Ayrılıqda yəni az-çox olurmu?
Sənin ruhuntəki güc qarşısında
Ölüm özü belə məğlub olmurmu?



Credits
Writer(s): Aygün Səmədzadə, Nərgiz Paşayeva
Lyrics powered by www.musixmatch.com

Link