Yaşa

Əllər havaya!
Sür, sür, sür getdik!
Biz ki bu cahana dəli-dolu gəldik
Sevdanın uğrunda ölməyə dəyər
(Hətta!)
Dəli bir sevgiyə dünyaları sərdik
Ürəyin çatırsa, sevməyə dəyər
Yaşa, atam balası, yaşa
İcad elə, yarat
Yaşa ki, ixtiyarına verilib bu kainat
Ramillə Murad işi görür babat
Çünki ruh yüksəkliyi bizim son təyinat
Söyləsin camaat!
Hərdən gün yandırsın səni
Hərdən islan yağışa
Hərdən sərt yellər əsəndə
Güvən dosta, qardaşa
Tarixlər yazmaq istərsən
Ertələmə sabaha
Bir gün hamı gedəsidir
Yaşa bu günü, yaşa

(Əllər havaya!)

(Sağa dön, sağa dön!)
Təbrizdən Anadoluya qədər gəldik
Hərdən yorulsaq da, gəzməyə dəyər
(Bəh-bəh-bəh!)
Ürəklərdə atəşimizə güvəndik
Dəliqanlıyıq biz sonuna qədər
Hərdən gün yandırsın səni
Hərdən islan yağışa
Hərdən sərt yellər əsəndə
Güvən dosta, qardaşa
Tarixlər yazmaq istərsən
Ertələmə sabaha
Bir gün hamı gedəsidir
Yaşa bu günü, yaşa

(Əllər havaya!)

(Sağa dön, sağa dön!)
Dərbənd, Borçalı, Göyçə, Qafan
İrəvan, Təbriz, yurduma qurban
Ay can, ay can, ay can, ay can, ay can!
Tariximi yaşadacam mən doyunca
Polad kimi ürəyi ilə sona qədər
Mübariz olma vaxtıdır, yoxdur kompromis
Biz Turan dəliləri, nümunəmiz bariz
Xudayar təbəssümlü övladlarıq biz
Bilin, kimik biz!
Hərdən gün yandırsın səni
Hərdən islan yağışa
Hərdən sərt yellər əsəndə
Güvən dosta, qardaşa
Tarixlər yazmaq istərsən
Ertələmə sabaha
Bir gün hamı gedəsidir
Yaşa, yaşa, yaşa, yaşa!
Hərdən gün yandırsın səni
Hərdən islan yağışa
Hərdən sərt yellər əsəndə
Güvən dosta, qardaşa
Tarixlər yazmaq istərsən
Ertələmə sabaha
Bir gün hamı gedəsidir
Yaşa bu günü, yaşa



Credits
Writer(s): Murad Arif
Lyrics powered by www.musixmatch.com

Link