Məhəbbət

Elə ki könlümü açmaq istədim
Çəkildin uzağa üfüqlər kimi
"Ayrılıq nədir ki? Dözərəm" dedin
Həsrətin odundan bixəbər kimi
Elə ki könlümü açmaq istədim
Çəkildin uzağa üfüqlər kimi
"Ayrılıq nədir ki? Dözərəm" dedin
Həsrətin odundan bixəbər kimi
Həsrətin yandırar, yandırar elə
Vüsalın alovu üşüdər məni
Könlümdə yaşayan bu sevda ilə
Eyləyər məhəbbət bəxtəvər məni
Həsrətin yandırar, yandırar elə
Vüsalın alovu üşüdər məni
Könlümdə yaşayan bu sevda ilə
Eyləyər məhəbbət bəxtəvər məni
Eyləyər məhəbbət bəxtəvər məni

Dilimlə bir kəlmə deyə bilmədim
Gözümdən, sevgilim, oxunub sənə
Bir dəfə əlinə dəyə bilmədim
Min dəfə baxışım toxunub sənə
Dilimlə bir kəlmə deyə bilmədim
Gözümdən, sevgilim, oxunub sənə
Bir dəfə əlinə dəyə bilmədim
Min dəfə baxışım toxunub sənə
Həsrətin yandırar, yandırar elə
Vüsalın alovu üşüdər məni
Könlümdə yaşayan bu sevda ilə
Eyləyər məhəbbət bəxtəvər məni
Həsrətin yandırar, yandırar elə
Vüsalın alovu üşüdər məni
Könlümdə yaşayan bu sevda ilə
Eyləyər məhəbbət bəxtəvər məni
Eyləyər məhəbbət bəxtəvər məni

Həsrətin yandırar, yandırar elə
Vüsalın alovu üşüdər məni
Könlümdə yaşayan bu sevda ilə
Eyləyər məhəbbət bəxtəvər məni
Həsrətin yandırar, yandırar elə
Vüsalın alovu üşüdər məni
Könlümdə yaşayan bu sevda ilə
Eyləyər məhəbbət bəxtəvər məni
Eyləyər məhəbbət bəxtəvər məni
Eyləyər məhəbbət bəxtəvər məni



Credits
Writer(s): Məzahir Hüseynzadə, Muxtar Rizvanoğlu
Lyrics powered by www.musixmatch.com

Link