Sənə Yasaq

Dönürəm, baxıram keçmişə hərdən
Gecəni gözləyib səhərdən
Unuda bilərəmmiş mən də
Özü də birdən bi səfərdə
İndi yoxdu ki bir qram iz
Nə dərddən, nə kədərdən
Aldığın hər şey sənin olsun
Silmişəm adını da dəftərdən
Daha yoxdur ki yolumuz, inan
Bir işıq, bir ümid, bir həyat
Etdi eşq qəlbimizi viran
Daha sevgi də bax bizə yad
Xəyal edib özümüzə bir həyat
Qaldı sevgi də köhnə, bayat
Üşüsən, yandır sevgimizi
Yalanla üstünü örtüb yat
Məni unut, yalanların içində qal
Köhnə şəkilləri yandırıb at
Burax hər şeyi, çıx get məndən uzaq
Yaxın gəlmə daha, bu sənə yasaq
Olan oldu, bu alov heç sönməyəcək
İstəsən də, sənə dönməyəcəm
Səni qəlbimin içində öldürəcəm
Amma dönməyəcəm, sənə dönməyəcəm
Unut, yalanların içində qal
Köhnə şəkilləri yandırıb at
Burax hər şeyi, çıx get məndən uzaq
Mənə yaxın gəlmə daha, bu sənə yasaq
Oldu, bu alov heç sönməyəcək
İstəsən də, sənə dönməyəcəm
Səni qəlbimin içində öldürəcəm
Amma dönməyəcəm, sənə dönməyəcəm

Baxıram, dönürəm keçmişi görürəm
Eşq damarlarıma hörülən
Bir dərddirmi mənə bürünən?
Yoldan necə geri dönülər?
Danış, hədərmi bu qədər şey?
Parça-parça, mən bölünən
Bu ayrılıq eşq savaşında
İtirənlər biri sən, biri mən
Daha yoxdur ki sonumuz inan
Nə salam, nə sağol, biləsən
Bitdi hisslər, getdi inam
Geri qayıdar bəs, görəsən?
Amma yenidən bunu diləsən
Olmasan bu səfər tələsən
Ürəyimi geri döndürmək üçün
Gərək dirildib öldürəsən
Məni unut, yalanların içində qal
Köhnə şəkilləri yandırıb at
Burax hər şeyi, çıx get məndən uzaq
Yaxın gəlmə daha, bu sənə yasaq
Olan oldu, bu alov heç sönməyəcək
İstəsən də, sənə dönməyəcəm
Səni qəlbimin içində öldürəcəm
Amma dönməyəcəm, sənə dönməyəcəm
Unut, yalanların içində qal
Köhnə şəkilləri yandırıb at
Burax hər şeyi, çıx get məndən uzaq
Mənə yaxın gəlmə daha, bu sənə yasaq
Oldu, bu alov heç sönməyəcək
İstəsən də, sənə dönməyəcəm
Səni qəlbimin içində öldürəcəm
Amma dönməyəcəm, sənə dönməyəcəm



Credits
Writer(s): Məhəmməd Isgəndərov
Lyrics powered by www.musixmatch.com

Link